UNEC-in tələbəsi NASA-nın saytında xəta aşkarladı. Bu barədə İnsanoid universitetin mətbuat xidmətinə istinadən bu gün, 31 yanvar tarixində xəbər verir.
İnformasiya Təhlükəsizliyi ixtisasının 2-ci kurs tələbəsi Hüseyn Qadaşov “National Aeronautics and Space Administration” saytında xəta olduğunu aşkarlayaraq, NASA-ya bu barədə rəsmi məlumat verib.
Sözügedən qurum UNEC tələbəsinin bildirişindən sonra xətanı aradan qaldırıb. Tapılan boşluqda saytın error mesajından sonra NASA-nın SQL bazası, server və drayver haqqında məlumatları əks olunurdu.
Bu boşluq daxilində yerləşən məlumatları əldə edən bədniyyət şəxslər NASA-nın infrastrukturu və serverlərinə qarşı təhlükə yaradaraq, haker hücumları törədə bilərdilər.