2022-ci ildə uşaqlarda ən çox aşkarlanan xəstəliklər məlum olub. Bu barədə 28 yanvar tarixində APA TƏBİB-ə istinadən məlumat verib.
Bildirilib ki, ötən il uşaqlarda aşkar olunan xəstəliklər arasında:
- Göz xəstəlikləri - 25% (əsasən, yaxındangörmə),
- Həzm sistemi - 20% (əsasən, stomotoloji)
- Tənəffüs sistemi - 13,5% (əsasən, LOR),
- Sümük-əzələ sistemi - 12,3% (əsasən, qamətin pozulması) xəstəlikləri üstünlük təşkil edib.