Xaçmaz şəhər sakini intihar edib. Bu barədə 14 fevral tarixində Report məlumat verib.
Məlumata əsasən, 1969-cu il təvəllüdlü Şərifov Əfqan Rüstəm oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asıb.
E.Şərifov rayonda dərzi fəalliyəti ilə məşğul olub.
İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.