Xızıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb. Bu barədə 22 fevral tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Belə ki, Xızı rayonunda "VAZ-2101” markalı nəqliyyat vasitəsinin sürücüsü Tərlan Qafarov yol hərəkəti qaydalarını pozduğuna görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan o, tibbi müayinədən keçirilib.
T.Qafarovun barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülüb.