Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımaları üzrə Koordinasiya Mərkəzi (UKMTO) Yəmənin Moha (Mokka) limanı yaxınlığında gəmiyə hücum edildiyini bildirib.
Bu barədə İnsanoid quruma istinadən bu gün, 10 iyul tarixində xəbər verir.
“X” sosial şəbəkəsi hesabındakı paylaşımda:
“UKMTO Yəmənin Moha şəhərindən 40 dəniz mili (təxminən 74 km) cənubda insident barədə məlumat alıb”, - qeyd edilib.
Hadisə hücum kimi təsnif edilir və səlahiyyətlilər araşdırma aparırlar.