Türkiyənin 4 güləşçisi zəlzələ nəticəsində həlak olub. Bu barədə İnsanoid Türkiyə Güləş Federasiyasına istinadən bu gün, 9 fevral tarixində məlumat verir.
Kahramanmaraşda idmançıların qaldığı binanın çökməsi səbəbindən 8 güləşçi dağıntılar altından sağ çıxarılsa da, 4 nəfərin cansız bədəni tapılıb. Bunlar Ahmet Taş, Mehmet Eskisarılı, Ali Gürsoy və Aslan Ekizdir.
Daha 4 güləşçi ilə bağlı isə hələlik məlumat yoxdur. Ərazidə xilasetmə işləri davam etdirilir.