Zaqatalada fərdi yaşayış evi yanıb. Bu haqda oktyabrın 29-da FHN-dən məlumat verilib.
Belə ki, oktyabrın 28-dən 29-a keçən gecə rayonun Əliabad qəsəbəsində qəsəbə sakini Nurəddin Əli oğlu Balaxanova məxsus fərdi yaşayış evində yanğın baş verib.
Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları tam yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.