Zaqatalada fərdi yaşayış evində yanğın olub. Bu barədə 17 fevral tarixində APA məlumat verib.
Səhər saat 09:45-də rayonun Qımır kəndində, kənd sakini Həzrətəli Yusif oğlu Mahmudova məxsus, ümumi sahəsi 130 kvadratmetr olan kürsülü birmərtəbəli fərdi yaşayış evində yanğın baş verib.
Yanğın nəticəsində evin 32 kvadratmetrlik bir otağının tavanı, həmin hissəyə aid dam örtüyü və otaqda olan ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.