Azərbaycanda 28 May Müstəqillik Günü, 18 Oktyabr isə Müstəqilliyin Bərpası Günü kimi qeyd ediləcək. Bu, “Müstəqillik Günü haqqında” qanun layihəsində əksini tapıb.
Bildirilib ki, oktyabrın 18-i bayram kimi keçirilsə də, iş günü hesab ediləcək.
Layihə bugün, oktyabrın 6-da Milli Məclisin iclasında müzakirə olunacaq.
İndiyə kimi ölkədə 28 May Respublika Günü, 18 Oktyabr isə Dövlət Müstəqilliyi Günü kimi qeyd edilib.