Noyabrın 5-də Bakıda start götürəcək cüdo üzrə “Böyük Dəbilqə” turnirində ölkəmiz 33 cüdoçu ilə təmsil olunacaq.
Ümümilikdə 3 gün davam edəcək yarışa Azərbaycandan 25 kişi və 8 qadın qatılacaq.
İdmançılar 48-100+ kiloqram çəki dərəcəsində çıxış edəcəklər.
Böyük Dəbilqə 5-7 noyabrda Heydər Əliyev adına İdman Kompleksində keçiriləcək. Turnirdə 30 ölkədən 200-dən çox idmançının iştirakı gözlənilir.