Abşeronda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən oktyabrın 6-da məlumat verilib.
Saxlanılan şəxsin Ağcabədi rayon sakini Elbrus Əliyev olduğu müəyyən edilib. Onun üzərindən 1 kiloqram 40 qram heroin, metamfetamin və elektron tərəzi aşkar edilərək götürülüb.
Elbrus Əliyev saxlanılan zaman müqavimət göstərərək qaçmağa çalışsa da, polis əməkdaşları onun tutulmasını təmin edib.
İlkin araşdırmaya əsasən, Elbrus Əliyev qonşu ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik göndərən narkotacirlə əlaqə yaradıb və narkokuryerliyə cəlb edilib.