top
Ağcabədidə biabırçılıq: Keçmiş arvadını təhqir edən UŞAQLIQ DOSTUNU BIÇAQLADI
14 fevral 2025, 06:15
- ↺ +

Ağcabədidə biabırçılıq: Keçmiş arvadını təhqir edən UŞAQLIQ DOSTUNU BIÇAQLADI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ağcabədidə dostlar arasında bıçaqlanma olub.

İnsanoid.com-un əldə etdiyi məlumata görə, hadisənin istintaqı Lənkəran Ağır Cinayətlər məhkəməsində keçirilib.

Belə ki, hadisədə təqsirləndirilən Cavid Qədirov (ad şərtidir) 1986-ci ildə Ağcabədi şəhərində anadan olub. O, 2024-cü il fevralın 14-ü dostu Əli Vəliyevlə (ad şərtidir) birlikdə spirtli içki qəbul edib. Söhbət zamanı dostlar arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Cavid öncə Əlini döyüb, sonra isə qarnına iki dəfə bıçaq zərbəsi endirib. Hadisəyə səbəb Cavidin Əlinin keçmiş həyat yoldaşı haqqında nalayiq sözlər işlətməsi olub.

Cavid Qədirov Azərbaycan Respublikası CM-nin 126.1-ci (sağlamlığa xəsarət yetirmə) maddəsi ilə təqsirləndirilib.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən Cavid Qədirov özünü təqsirli bilərək ifadə verib:

“Əfsanə adlı qadınla ailə həyatı qurmuşdum. 2012-ci ildə onla rəsmi olaraq boşandıq və uşaqlarımla bərabər məndən ayrı yaşayırlar. Əlini isə uşaqlıqdan tanıyıram, eyni məhəllədə yaşamışıq. Hadisə günü onunla yolda qarşılaşdıq. Söhbət zamanı dostum toydan gəldiyini, bir ədəd araq aldığını bildirdi. Mən də evdə hazır yemək olduğu üçün birlikdə yeyib-içməyi təklif etdim.

Evə keçib yeyib-içdik və spirtli içkinin təsirindən sərxoş olduq. Əli keçmiş yoldaşım Əfsanə haqqında nalayiq sözlər istifadə etməyə başladı. Ona Əfsanə ilə ayrılsam da, uşaqlarımın anası olduğunu üçün belə sözlər danışmağın uyğunsuz olduğunu dedim. Lakin sözlərimə əhəmiyyət vermədi. Aramızda dava başladı. Əli söyüş söydüyü üçün onu bıçaqladım. Əməlimdən peşmanam”.

Daha sonra zərərçəkmiş Əli Vəliyev ifadə verib:

“Hadisə günü qonşum Aqilin oğlunun toyuna getmişdim. Orda yeyib-içdikdən sonra özümlə bir araq götürüb evə tərəf gedirdim. Yolda Cavidlə qarşılaşdım. Ona üzərimdə araq olduğunu deyəndə birlikdə yeyib-içməyi təklif etdi. Mən də razılaşıb, Cavidgilə getdik. Spirtin təsirindən sərxoş olmuşduq. Aramızda mübahisə yarandı, dalaşdıqdan sonra Cavid məni bıçaqla vurdu”.

Sonda məhkəmədə Cavid Qədirovun hadisədə təqsirli olması sübuta yetirilib. O, 4 il müddətində azadlıqdan məhrum edilib.

Fidan İlqar

Son xəbərlər

Cəmiyyət
Bu gün, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Bu gün, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi

Cəmiyyət
Bu gün, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Bu gün, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Bu gün, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Bu gün, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
Dünən, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
Dünən, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
Dünən, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
Dünən, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
Dünən, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
Dünən, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
Dünən, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
Dünən, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
Dünən, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Cəmiyyət
Dünən, 11:28

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Cəmiyyət
Dünən, 11:10

Ermənistan parlamentində kütləvi dava baş verib - VİDEO

Cəmiyyət
Dünən, 10:36

Məhkəmədə cəzaların toplanması qaydası dəqiqləşdi: Amnistiya alanlarla bağlı qərar

Cəmiyyət
Dünən, 09:49

Məktəbdəki insidentlə bağlı AÇIQLAMA

Cəmiyyət
Dünən, 09:11

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib - FOTO

Cəmiyyət
Dünən, 09:00

ABŞ-də vəfat edən qadının valideynləri OpenAI-ı məhkəməyə verib

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 33-cü günü: Qətiyyətli zəfərə gedən yol

İdman
28 oktyabr 2026, 16:43

Qadınların 95,3%-i, kişilərin 84%-i idmanla məşğul olmur: Azərbaycanda aparılan araşdırma nəyi göstərdi? - TƏHLİL

Oxşar xəbərlər