Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub. Bu barədə dekabrın 3-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Gizir Hüseynov Şahin Şəmsəddin oğlu məzuniyyətdə olarkən qayadan yıxılaraq həlak olub. Hadisə ilə bağlı araşdırma aparılır.
Bundan əvvəl, avqustun 28-də əsgər Həziyev Çingiz Şuşa şəhərində bədbəxt hadisə nəticəsində həlak olmuşdur.