2022-ci ilin dövlət büdcəsində Azərbaycanın 66 rayon və şəhərin 52-nə vəsait ayrılması nəzərdə tutulmayıb. Bu barədə 28 oktyabr tarixində millət vəkili Vüqar Bayramov öz Facebook səhifəsində paylaşım edib.
Onun sözlərinə görə, növbəti ildə 14 rayonun maliyyələşdirilməsinə təxmini 37,5 milyon manat ayrılıb. Layihəyə əsasən, vəsait Ağdam, Balakən, Cəbrayıl, Xocalı, Xocavənd, Kələbəcər, Qax, Laçın, Lerik, Oğuz, Yardımlı, Zəngilan və Zərdab rayonlarına ayrılacaq. Rayonlardan 7-si Qarabağ və Şərqi Zəngəzurda yerləşir. İşğaldan azad edilmiş Şuşa şəhəri, Füzuli və Qubadlı rayonları özünü maliyyələşdirə biləcək.
Millət vəkili özünü maliyyələşdirəcək rayonlarının çox olmasını müsbət hal kimi qiymətləndirir. Bu da dövlət büdcəsindən asılılığın aradan qaldırılmasına imkan yaradacaq.