Ölkədə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi yaradılacaq. Bu barədə Prezident İlham Əliyev oktyabrın 7-də fərman imzalayıb.
Fərmana əsasən, Agentlik ölkədə strateji əhəmiyyətli mallar üzrə daha effektiv təchizat zəncirinin formalaşdırılması, bu sahədə qabaqcıl tənzimləmə və idarəetmə təcrübəsinin tətbiqi, eləcə də daxili bazarın qısamüddətli mənfi təsirlərə davamlığının artırılması məqsədilə yaradılıb.