Azərbaycanda erməni dilinin tədrisinə başlanıldığına görə Dillər Universitetində xüsusi kurslar açılıb. Bu barədə Sputnik Azərbaycan oktyabrın 29-da məlumat verib.
Tələbələr üçün dərslər pulsuzdur. Digərləri üçün isə ayda 60-120 manat civarındadır.
Qafqazşünaslıq kafedrasının müəllimi Hüseyn Əsgərov hamını kurslara yazdırmağa çatdırmadığını etiraf edib. “Dinləyicilər daha çox Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici İşlər Nazirliyinin əməkdaşları, sərhədçilər və jurnalistlərdir”, - deyə müəllim qeyd edib.
Onun sözlərinə əsasən, gələcəkdə daha təkmilləşdirilmiş erməni danışıq dili kurslarının açılması nəzərdə tutulur.
Hüseyn Əsgərov Ermənistanda anadan olduğuna və daha sonra orada yaşadığına görə erməni dilini bilir. Azərbaycanda erməni dili dərslikləri olmadığına görə onları özü tərtib edib.
Daha öncə, oktyabrın 27-də Azərbaycan Dövlət İqtisad Universitetində tədqiqatçılar üçün erməni dilinin tədrisinə başlanılıb. Məqsəd qonşu ölkənin mətbuatını izləmək, bu dildə olan elektron resurslardan istifadə etməklə araşdırmalar aparmaq imkanı yaratmaqdır.