Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşən “Qaşqaçay”, “Elbəydaş” və “Ağduzdağ” filiz yataqlarının geoloji öyrənilməsi və istismarı məqsədilə “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” türk şirkətləri ilə müqavilələr imzalanıb. Bu barədə 30 sentyabr tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov öz Twitter səhifəsində paylaşım edib.
Nazirin sözlərinə görə, atılan addım işğaldan azad edilmiş ərazilərdə hasilat sənayesinin işə salınması, yüksək potensialı olan yataqların tədqiqi və dövriyyəyə cəlb edilməsində əhəmiyyətli rol oynamaqla, regionun iqtisadi reinteqrasiyasını sürətləndirəcək.
“Qaşqaçay” filiz yatağının “Eti Bakır A.Ş.” şirkətinə, “Elbəydaş” və “Ağduzdağ” filiz yataqlarının isə “Artvin Maden A.Ş.” şirkətinə 30 il müddətinə müqavilə əsasında istifadəyə verilməsi barədə sərəncam cari ilin may ayında imzalanıb.
İnanırıq ki, atılan bu mühüm addım #işğaldanazadedilmişərazilər-imizdə #hasilatsənayesi-nin işə salınması, yüksək potensialı olan yataqların tədqiqi və dövriyyəyə cəlb edilməsində əhəmiyyətli rol oynamaqla, regionun #iqtisadireinteqrasiya-sını sürətləndirəcək.#EconomyAz pic.twitter.com/VDIaQkgfUB
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 30, 2021