Azərbaycanda 4432 orta məktəb var ki, onların da 31-i distant təhsilə keçib. Ölkə üzrə 89 min 674 sinif var və bunlardan distant təhsilə keçənlərin sayı 697 sinif təşkil edir. Bunu oktyabrın 27-də Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Xəzər TV-də yayımlanan "Təsir Dairəsi" verilişində bildirib.
O əlavə edib ki, Azərbaycanda orta məktəblər arasında distant təhsilə keçmə nisbəti 0,70 faizdir.