"Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin qazlaşdırılması ilə bağlı proqram artıq hazırdır". Bunu oktyabrın 22-də Azəriqazın baş direktoru bildirib.
Onun sözlərinə görə, bu proqram 4 mərhələdə həyata keçiriləcək. Qazlaşdırmanın I mərhələsi Füzuli - Ağoğlan - Şuşa istiqamətini əhatə edəcək. II mərhələdə Ağdam rayonu qazlaşdırılacaq. III mərhələdə Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarına, IV mərhələdə isə Kəlbəcər rayonuna qaz çəkiləcək.
Baş direktor qeyd edib ki, artıq magistral şəbəkənin layihələndirilmə prosesi gedir və qazlaşdırmasına gələn ildən başlanıla bilər.