top
Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümü tamam olur
27 mart 2026, 23:22
- +

Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümü tamam olur

Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümü tamam olur.

İnsanoid.com-un məlumatına görə, bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də "Kəşfiyyat və əks-kəşfiyyat bölməsi"nin yaradılmasından götürür.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1997-ci il 23 mart tarixli Sərəncamına əsasən, hər il martın 28-i təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.

Azərbaycan təhlükəsizlik orqanlarının yaranma tarixinə və keçdiyi yola qısaca nəzər salaq...

1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə Hərbi Nazirliyin Baş Qərargahı nəzdində "Kəşfiyyat və əks-kəşfiyyat bölməsi" yaradılıb. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra isə onun qardaşı Nağı Şeyxzamanlı olub.

Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya (ÇK), sonra Dövlət Siyasi İdarəsi adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının (NKVD) tərkibində fəaliyyət göstərib, daha sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. Yetmiş illik sovet hakimiyyəti dövründə respublikamızda fəaliyyət göstərən dövlət təhlükəsizliyi orqanının vəzifəsi əsasən mövcud quruluşu qorumaq, sovet ideologiyasına zidd düşüncə tərzinin yayılmasının qarşısını almaq olub.

Təhlükəsizlik orqanlarının milliləşməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

 




Xüsusi xidmət orqanında milli kadrların yüksək vəzifə tutmasına uzun müddət imkan verilmirdi. Bu stereotip yalnız Ulu Öndər Heydər Əliyev Azərbaycan təhlükəsizlik orqanına rəhbər təyin olunduqdan sonra dəyişdi. Gənc yaşlarından yüksək intellekti, təşkilatçılıq və idarəçilik bacarığı, fitri kəşfiyyatçı istedadı ilə böyük nüfuz və etimad qazanan Heydər Əliyev bu mühüm dövlət orqanında milli kadrların sayının artırılmasına, onların irəli çəkilməsinə, eyni zamanda, azərbaycançılıq ruhunun bərqərar edilməsinə nail oldu.

Ulu Öndərin 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində tamamilə yeni mərhələ başlandı. Ömrünün 25 ilini təhlükəsizlik orqanlarında fəaliyyətə həsr etmiş Ümummilli Lider Heydər Əliyev o illər ərzində təhlükəsizlik sistemində əsaslı dönüş yaradıb, milliləşdirmə siyasətinin əsasını qoyub və bu məqsədə nail olub. Bu siyasət sonralar müstəqil Azərbaycanda sabitliyin bərqərar olmasında müstəsna rol oynayıb.

Dahi şəxsiyyətin təhlükəsizlik təşkilatında əsasını qoyduğu peşəkarlıq məktəbi və vətənpərvərlik irsi bu gün də Ulu Öndərin adını daşıyan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının kursantları - gələcəyin təhlükəsizlik əməkdaşları tərəfindən dərindən mənimsənilir.




Ümummilli Lider Heydər Əliyevin xüsusi xidmət orqanlarının səmərəli fəaliyyəti üçün müəyyənləşdirdiyi meyarlar DTX-nin şəxsi heyəti tərəfindən daim rəhbər tutulur.

Dövlət təhlükəsizliyi orqanları yeni dövrdə




Dövlət təhlükəsizliyi sahəsində ciddi keyfiyyət dəyişikliklərinə nail olunması Prezident İlham Əliyevin də daim diqqət mərkəzindədir. Dövlətimizin başçısı təhlükəsizlik məsələsinə hər zaman kompleks və sistemli yanaşıb, bu məqsədlə əsaslı struktur islahatları aparılıb. Bu islahatlar sayəsində təhlükəsizlik orqanlarının fəaliyyəti yeni müstəviyə qalxıb. Azərbaycan Prezidentinin 2015-ci il 14 dekabr tarixli Fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunaraq onun əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmağa, bu fəaliyyəti yeni dövrün tələblərinə uyğunlaşdırmağa və dövlət idarəetmə strukturunu təkmilləşdirməyə yönəlib. Bu islahatlar antiterror koalisiyasının fəal üzvlərindən olan Azərbaycanda sabitliyin təmin edilməsinə, ölkəmizə qarşı yönələn terror-təxribat, kəşfiyyat-pozuculuq əməlləri ilə mübarizə tədbirlərinin daha da gücləndirilməsinə geniş imkanlar açıb. Təsadüfi deyil ki, son illərdə terrorçuluq fəaliyyəti ilə məşğul olan onlarla silahlı dəstə zərərsizləşdirilib. Transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində də ciddi nailiyyətlər qazanılıb. Ölkə ərazisindən tranzit daşınması planlaşdırılan tonlarla narkotik vasitələrin qaçaqmalçılığının qarşısı alınıb, kibertəhlükəsizliyin təmin olunması istiqamətində bir sıra uğurlu əməliyyatlar həyata keçirilib.

Azərbaycan dövlətinin təhlükəsizlik orqanlarına göstərdiyi yüksək diqqət və qayğı ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün qorunmasına, xalqımızın təhlükəsizliyinin daha etibarlı müdafiəsinə xidmət edir.

Hazırda təhlükəsizlik orqanlarına əməliyyat-xidməti fəaliyyətlərini daha səmərəli və peşəkar şəkildə həyata keçirə bilmələri üçün hərtərəfli şərait yaradılır, yeni inzibati binalar tikilərək istifadəyə verilir, maddi-texniki təchizat davamlı təkmilləşdirilir, şəxsi heyətin sosial təminatı gücləndirilir. Bütün bunlar Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan təhlükəsizlik orqanlarına qayğısının əyani təzahürüdür.

Paytaxtda keçirilən beynəlxalq təhlükəsizlik tədbirləri ümumi təhlükəsizlik sisteminə təhdid hesab olunan hallarla mübarizəyə töhfə verir

Qlobal təhdidlərə qarşı birgə fəaliyyətin təşviqi məqsədilə 2023-cü ildə təsis olunmuş və ardıcıl olaraq hər il təşkil edilən Bakı Təhlükəsizlik Forumu beynəlxalq təhlükəsizliyin qorunub saxlanılmasında mühüm rolu olan müxtəlif dövlətlərin kəşfiyyat və təhlükəsizlik orqanlarını vahid platformada cəmləşdirməklə yanaşı, bu təsisatlar arasında konstruktiv dialoq, qarşılıqlı anlayış və faydalı əməkdaşlıq məkanına çevrilib.




Dünya ölkələrinin xüsusi xidmət orqanlarının nümayəndə heyətlərinin təmsil olunduğu, beynəlxalq təhlükəsizlik məsələlərinin geniş müzakirə edildiyi, qlobal təhlükəsizlik mühitinin üzləşdiyi müasir çağırış və təhdidlərlə effektiv mübarizənin aparılması, beynəlxalq təhlükəsizlik sisteminin mənfi təzahürlərdən qorunması sahəsində vahid yanaşmaların formalaşması və səylərin birləşdirilməsi üçün qarşılıqlı fikir mübadilələrinin edildiyi Bakı Təhlükəsizlik Forumu beynəlxalq təhlükəsizlik tədbiri olaraq, müxtəlif siyasi mövqelərə malik ölkələrin bir araya gələrək fikir ayrılıqlarını, regional və beynəlxalq münaqişələri qarşılıqlı anlayış əsasında müzakirə etmələrinə əlverişli şərait yaradan platformadır.

İtkin düşmüş şəxslər mövzusu da daim diqqət mərkəzində saxlanılıb





Prezident İlham Əliyevin daim xüsusi nəzarətdə saxladığı itkin vətəndaşlarımızın taleyinin aydınlaşdırılması məsələsi ilə əlaqədar müntəzəm olaraq hər il Bakı şəhərində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə itkin düşmüş şəxslər mövzusunda beynəlxalq konfrans təşkil edilir. Bu tədbirlərin keçirilməsi itkin düşmüş şəxslər probleminin həlli istiqamətində səylərin birləşdirilməsində və əməkdaşlığın genişləndirilməsində vacib rol oynayır.

 


 

Milli maraqlarımıza yönələn təhdidlərin qarşısı qətiyyətlə alınır



Bu gün peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının əməkdaşları fəaliyyətlərini müasir çağırışlara uyğun şəkildə quraraq, xalqımızı və müstəqil dövlətimizi xarici qəsdlərdən və düşmən qüvvələrin təxribatlarından qətiyyətlə qoruyurlar. Eləcə də milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə, kibercinayətkarlığa qarşı mübarizədə vətənpərvərlik nümunələri göstərirlər.


 




Əminliklə demək olar ki, xalqımızın milli maraqlarına yönələn bütün təhdid və təxribatların qarşısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə təhlükəsizlik orqanlarının şəxsi heyəti tərəfindən qətiyyətlə alınır və bundan sonra da alınacaq, ölkəmizdə davamlı sabitlik və əmin-amanlıq təmin ediləcək.





 

 

Son xəbərlər

Xarici xəbərlər
Dünən, 17:01

Ata 4 yaşlı oğlunu öldürüb meyitini bünövrənin altında gizlətdi

Yerli xəbərlər
Dünən, 16:43

XİN: Azovda vurulan gəmilərdən xilas edilən Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün tədbirlər görülür

Bütün Xəbərlər
Dünən, 15:28

Azərbaycan və İspaniya XİN arasında konsulluq məsləhətləşmələri keçirilib

Yerli xəbərlər
Dünən, 15:16

Azərbaycan Ordusunun iki hərbçisi Kəlbəcərdə dərəyə düşüb, biri həlak olub

Yerli xəbərlər
Dünən, 14:18

Azov dənizində gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının vəziyyəti açıqlanıb

Xarici xəbərlər
Dünən, 12:36

Kremldə ABŞ-nin Rusiya ilə iqtisadi əlaqələrin inkişafına dair yanaşması ilə razı deyillər

Bütün Xəbərlər
Dünən, 11:30

Prezident İlham Əliyev İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava təbrik məktubu ünvanlayıb

Xarici xəbərlər
Dünən, 09:21

ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçməsinə kömək edib

Bütün Xəbərlər
05 iyun 2026, 20:15

Milli Məclisin komissiyası "CNN"dən Azərbaycana qarşı əsassız iddiaları sübut etməyi tələb edib

Xarici xəbərlər
05 iyun 2026, 18:09

Ermənistan Rusiyadan "rüşvət qarşılığında səs vermək" üçün gələnləri hərbi təlimə göndərəcəyinə söz verib

Bütün Xəbərlər
05 iyun 2026, 16:58

Azərbaycanlıların olduğu iki gəmi vuruldu - 5 nəfər həlak oldu

Bütün Xəbərlər
05 iyun 2026, 15:39

Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib

Yerli xəbərlər
05 iyun 2026, 15:33

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb

Bütün Xəbərlər
05 iyun 2026, 15:31

Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib - SƏRƏNCAM

Bütün Xəbərlər
05 iyun 2026, 15:29

Daha 6 tibb müəssisəsinin yanında minib-düşmə yerləri yaradılıb

Bütün Xəbərlər
05 iyun 2026, 14:47

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

Bütün Xəbərlər
05 iyun 2026, 14:40

Azərbaycan CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edir - RƏSMİ

Bütün Xəbərlər
05 iyun 2026, 13:44

Peskov: "Tramp administrasiyasının Ukrayna ilə bağlı mövqeyi ziddiyyətlidir"

Bütün Xəbərlər
05 iyun 2026, 13:36

Prezident sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edib

Bütün Xəbərlər
05 iyun 2026, 12:51

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq

Bütün Xəbərlər
05 iyun 2026, 12:32

"İdrak"da müəllimini güllələyən şagirdin məhkəməsi BAŞLADI

Bütün Xəbərlər
05 iyun 2026, 12:20

İsrailli tibb mütəxəssisləri Səhiyyə Nazirliyinin mükafatlarına layiq görülüblər

Bütün Xəbərlər
05 iyun 2026, 11:52

"Top Gun" və "Logan" filmlərinin aktyoru Ceyms Hendi vəhşicəsinə qətlə yetirilib

Bütün Xəbərlər
05 iyun 2026, 11:50

Prezident Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanlayıb

Oxşar xəbərlər