top
Azərbaycanda sosial şəbəkədə şantaj: “Məsələyə anam da qarışdı” – TƏFƏRRÜAT
11 mart 2026, 05:32
- ↺ +

Azərbaycanda sosial şəbəkədə şantaj: “Məsələyə anam da qarışdı” – TƏFƏRRÜAT

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

1991-ci il təvəllüdlü Sabirabad rayon sakini Murad iki qadını intim görüntüləri ilə şantaj etməkdə ittiham edilib.

Teleqraf.az xəbər verir ki, 2023-cü ilin iyul-avqust aylarında o, “İnstagram” sosial şəbəkəsində tanış olduğu, votsapda danışdığı Bakının Binəqədi rayonunda yaşayan Günayın (adlar şərtidir – red.) ona göndərmiş olduğu fotoşəkili porno saytlarda və digər sosial şəbəkələrdə yayacağını deyib. Qadından ümumilikdə 1500 manat pul alıb.

Bundan başqa, 2024-cü ilin yanvarın 19-da “İnstagram”da tanış olub, votsapda danışdığı Balakən rayon sakini Nuranənin ona göndərdiyi fotoşəkilləri və səs yazılarını porno saytlarda və digər sosial şəbəkələrdə yayacağı ilə hədələyib. Nuranədən 800 manat pul alıb.

Muradın barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Murad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, zərərçəkmişlərdən pulu hədə-qorxu ilə tələb etməyib: “Onlardan pulu borc kimi istəmişəm və almışam. Yazışmalardan da görünür ki, şəxs məndən borcunu nə vaxt qaytaracağımı soruşub. Əgər hədə-qorxuyla pul almış olsaydım, məndən borcu geri istəməzdilər. Şəkillər də mənə könüllü göndərilib. Fotoları heç bir sayta yerləşdirməmişəm və belə bir niyyətim də olmayıb”.

Təqsirləndirilən şəxs deyib ki, Nuranənin ondan şikayət etməsinin səbəbini bilmir: “Çünki tutulana qədər onunla münasibətim yaxşı olub. Nuranə mənə borc pul verib. Əlaqələrimiz kəsildikdən sonra isə məndən şikayət edib. Yazışmalarımda məndən verdiyi pulu istəyib. Mən də pulumun olmadığını və müəyyən vaxtdan sonra qaytaracağımı bildirmişəm. Onun barəsində qeyri-etik sözlər dediyimi etiraf edirəm, başqa nə isə etmək niyyətim olmayıb”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, zərərçəkmiş Günay Bakı şəhərində yaşayır, tanıdığı insandır: “Onunla bir neçə dəfə oturaraq yemək də yemişəm. Ondan da eyni qaydada pulu borc kimi istəmişəm. Bunu özü də təsdiq edə bilər”.

Muradın sözlərinə görə, zərərçəkmişləri əvvəllər tanıyıb: “Onlarla ədavətim olmayıb. Günaydan borc almışam, 2 gün sonra görüşərək dəniz kənarında yemək yemişik. Hədə-qorxu gəldiyim insan mənimlə görüşməzdi. Ola bilə, pulunu gec qaytardığım üçün məndən şikayət edib”.

Zərərçəkmiş Nuranənin sözlərinə görə, Murad ona hədə-qorxu gələrək pul tələb edib: “Sosial şəbəkədə tanış olduqdan bir müddət sonra mənə hədə-qorxu gəlməyə başladı, pul tələb etdi. Ona şəklimi atmışdım. Növbəti dəfə şəkil istəyəndə imtina etdim. Bundan sonra şəklimi silməsi üçün pul tələb etdi. Ona pul göndərdin. Sabahısı gün təkrar 500 manat tələb etdi. Mən də polis şöbəsinə şikayət etdim. Murada cəmi 1-2 şəkil atmışam. Şəkillər normal şəkillər olub.

Murad dedi ki, pul verməsən, şəkillərini sosial şəbəkədə başlıqlarla yayacam. O, pis şəkillər düzəltmək istədi. Mən də bundan qorxaraq ona pul göndərdim. Ona bir dəfə 100 manat, bir dəfə də 300 manat göndərdim. Pulu gecəylə tələb etdi. Mən də məcbur qalaraq gecə vaxtı müdirimdən avans istədim.

Mən Balakən şəhərində yaşayıram. O, şəklimi Balakən saytlarında paylaşacağını dedi”.

Zərərçəkmiş şəxsin sözlərinə görə, Murada 100 manat bir, 300 manat bir olmaqla cəmi 400 manat pul göndərib: “Murad şəklimi siləcəyini qeyd etdi. Ancaq bir gün sonra məndən 500 manat da tələb etdi, təhqiredici ifadələr işlətdi. Dedi ki, 500 manat göndərməsən, şəklini paylaşacam. Mən də ondan şikayət etdim.

Muradla özüm tanış olmuşam. O, ilk əvvəl məni narahat etmədi. Şəkildən sonra pul tələb etməyə başladı. Mənə səhifələr atırdı ki, şəklini başlıqlar yazıb, bu səhfələrdə paylaşacam”.

Digər zərərçəkmiş Günayın sözlərinə görə, Muradla o da sosial şəbəkədə tanış olub: “Normal münasibətimiz vardı. Bir müddət danışdıqdan sonra profildə şəklim olmadığına görə ona foto atdım. Sonra şəklimi sildim. Ancaq o, şəklimin ekran görüntüsünü aldı və telefonunun yaddaşında saxladı. Kənarda pulumun olub-olmadığını soruşdu, məndən borc pul istədi. Mən də tanımadığım insana pul verə bilməyəcəyimi bildirdim.

Bir-neçə gündən sonra ona atdığım şəkillə mənə hədə-qorxu gəldi və dedi ki, pul göndərməsən şəklini porno saytlarda, əxlaqsız sözlərlə paylaşacam.

Mən ona 300 manat bir, 100 manatda bir pul göndərdim. Bir neçə gün sonra gecə radələrində məndən təkrar 500 manat pul tələb etdi. Dayanmadan mənə zəng edir, SMS-lər yazır, məni təhqir edərək, pul tələb edirdi. Ona pulumun olmadığını bildirirdim. O isə haradan olur-olsun pul taparaq göndərməyimi qeyd etdi”.

Zərərçəkmiş deyib ki, Murad təkrar ondan 500 manat tələb edib: “Dedi ki, ya 500 manat pul ver, ya da boynundakı qızılı ver. Mən də ona nə pul, nə də boynumdakı qızılı verməyəcəyimi bildirdi. Sonra araya anam girdi, Muradla danışaraq pul tapmaq üçün möhlət istədi. O, məni və ailəmi təhqir etməyə başladı. Bundan sonra anam Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng etdim.

Murad axşamüstü mənə mesaj yazdı, üzr istədi və müəyyən vaxt sonra pulu geri qaytaracağını bildirdi. Anam şikayəti geri çəkdi. Ancaq Murad pulu geri qaytarmadı”.

Zərərçəkmişin ifadəsinə görə, Muradla “İnstaqram”da tanış olub: “Özüm Bakı şəhərində yaşayıram. Murad mənə SOCAR-da işlədiyini bildirdi və özünü imkanlı şəxs kimi tanıtdı. İlk əvvəl mənimlə çox gözəl danışırdı, düşüncələri normal olub. Birgə dəniz kənarına da getdik. Muradın dostu da yanında idi.

Murad həmin vaxt içkili idi. Sonra dostu getdi, məni evə düşürmək istədi. Maşında mənə əxlaqsız hərəkətlər etmək istəyən zaman buna şərait yaratmadım və səsimi yüksəltdim. Bir gün sonra Murad maşında videokamera olduğunu bildirdi, videogörüntünü əmim oğluna atacağını bildirdi, hədə-qorxu gəldi. Məndən 500 manat tələb edəndən sonra anam məsələyə qarışdı, şəxsən Murada zəng etdi.

Murad anamı və məni təhqir etdi. Anam Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək şikayət etdi”.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Murad 5 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
Dünən, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
Dünən, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
Dünən, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
Dünən, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
Dünən, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
Dünən, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
Dünən, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
Dünən, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
Dünən, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
Dünən, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
Dünən, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
Dünən, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
Dünən, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 23 oktyabr

Cəmiyyət
22 oktyabr 2026, 17:58

Emin Əmrullayev: "Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur"

Cəmiyyət
22 oktyabr 2026, 17:38

Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub

Cəmiyyət
22 oktyabr 2026, 16:49

Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Cəmiyyət
22 oktyabr 2026, 15:56

Keçəlliyə son-Yeni dərman sınaqdan uğurla keçdi

Siyasət
22 oktyabr 2026, 13:14

Paşinyandan sülh sazişi və növbədənkənar seçkilərlə bağlı açıqlama

Cəmiyyət
22 oktyabr 2026, 12:58

Keşikçidağla bağlı Azərbaycana qarşı yalan iddialar yayan jurnalist saxlanıldı

Cəmiyyət
22 oktyabr 2026, 12:35

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya ediləcək

Cəmiyyət
22 oktyabr 2026, 12:34

Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq

Oxşar xəbərlər