Bakıda 45 ümumtəhsil müəssisəsi 6 günlük qrafikə keçib. Bu haqda oktyabrın 8-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat verib.
Səbəb təhsil proqramlarının şagirdlər tərəfindən tam mənimsənilməsini təmin etməkdir.
Ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə payız tətili günlərindən 16-18 noyabr, qış tətili günlərindən isə 27, 28 yanvar tarixləri dərs günləri hesab ediləcək.
Digər müəssisələrdə payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri hesab ediləcək.