Bakının Sabunçu qəsəbəsində evdə partlayış olub. Bu haqda oktyabrın 28-də Report məlumat yayıb.
Partlayış nəticəsində mənzildə kirayəşin kimi yaşayan Goranboy və Bakı şəhər sakinləri xəsarət alıblar. Onlar təcili yardım vasitəsilə 5 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər. Evin bütün otaqları yanıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb edilib.