Bakıda 74 yaşlı kişini qətlə yetirməkdə təqsirləndirilən Ceyhun Rzayevin məhkəməsi başlayır. Bu barədə aprelin 9-da Trend məlumat yayıb.
İş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İnsident ötən il dekabrın 19-u saat 22 radələrində baş verib. Sözügedən şəxs yaşadıqları binanın qarşısında aralarında yaranan mübahisə zamanı kəsici-deşici alətlə 74 yaşlı kişini öldürüb.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi başlanıb.