Binəqədi rayonunda müxtəlif ünvanlardan 22 ədəd su sayğacı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə aprelin 12-də DİN xəbər yayıb.
Oğurluqları törətməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş Şəhriyar Mollayı saxlanılıb. O, sayğacları hissələrə ayıraraq metal qəbulu məntəqələrinə satdığını bildirib.
Bundan başqa, Binəqədi qəsəbəsində dövlət əmlakı olan neft kəmərlərindən ümumilikdə 600 metr uzunluğunda metal boru və elektrik naqili xəttini oğurlayan Elmar Abbasov saxlanılıb.
Şəhriyar Mollayı və Elmar Abbasov barəsində həbs qətimkan tədbirləri seçilib.
Video: YouTube Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi