Mart ayında Bakıda torpaq bazarında qiymətlərdə 7,22% bahalaşma müşahidə edilib. Bu haqda “MBA Consulting Group” şirkətindən Trend-ə məlumat verilib.
İl ərzində isə qiymətlər 2,32% qalxıb. Bildirilib ki, yaz-yay fəsli dövründə torpağa, həyət evlərinə tələbat çoxalır və torpaq bazarında aktivləşmə olur. Bu hal qiymətlərə də təsir edir.
Mütəxəssislərin bundan əvvəl səsləndirdikləri fikirlərə görə, torpaq bazarında bahalaşma dünyada baş verən hadisələrlə bağlı olacaq. İddia edilir ki, Ukrayna və Rusiyada yaşayan azərbaycanlıların Vətənə qayıtması ev və torpaq bazarında qiymətlərin artması ilə nəticələnəcək.