Bakı-Şuşa müntəzəm avtobus reysi üzrə aprel ayına olan bütün biletlər satılıb. Bu barədə məlumat aprelin 11-də yolumuzqarabaga.az portalında yerləşdirilib.
İşğaldan azad edilmiş ərazilərə biletləri “Yolumuz Qarabağa” portalı vasitəsilə onlayn qaydada almaq olar.
Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib.