Bugün, oktyabrın 7-də Bakı Zooloji Parkının yenidənqurma işlərindən sonra açılışı olub. Açılış mərasimində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar iştirak edib.
Insanoid zooparka giriş qiymətləri barədə məlumatı əldə edib: böyüklər üçün - 6 manat, uşaqlar üçün isə 3 manat.
Heyvanat parkı 1928-ci ildə yaradılmışdır. 2019-cu ilin fevral ayından etibarən isə zoopark təmir-tikinti işlərinə görə ziyarətçilərin üzünə bağlanılmışdır.
[gallery size="full" columns="1" link="file" ids="9293,9294,9297"]