Bakı metrosunda qatardan düşürülən sərnişin vəfat edib.
İnsanoid.com "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir ki, qatarda halı pisləşmiş sərnişin "28 May" stansiyasında düşürüldükdən qısa vaxt sonra vəfat edib.
"Məlumat daxil olan kimi təcili tibbi yardım briqadası çağırılıb və qatardan düşürülən kimi sərnişinə ilkin yardım göstərilib. 70-75 yaş arası kişi sərnişinin ölüm faktı ilə əlaqədar aidiyyəti üzrə qurumlara məlumat verilib", - "qurumdan bildirilib.