Azərbaycanda noyabrın 27-də havanın 20 dərəcə isti olacağı gözlənilir.
İnsanoid.com xəbər verir, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verir.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq, şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-12° isti, gündüz 15-17° isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi şərq rayonlarda çiskinli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 16-20° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti olacaq.