Biləsuvarda ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər inzibati məsuliyyətə cəlb olunublar. Bu barədə 5 sentyabr tarixində İnsanoid-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Rayon ərazisində məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib.
Ərazinin zibillənməsi halları ilə bağlı son 1 ay ərzində 21 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin “Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə” maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.