Növbəti mərhələdə Laçın sakinlərinin Güləbird kəndinə köçürülmələrinə başlanılacaq. Kəndə köç bu ilin ikinci yarısında həyata keçiriləcək. Bunu Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçında keçirilən “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimində bildirib.
Bu barədə 2 avqust tarixində Report məlumat verib.
Prezidentin xüsusi nümayəndəsi bildirib ki, rayonun Qorçu, Şəlvə, Ərikli və digər kəndlərinin də tikintisinə başlanılacaq.