Bugün, oktyabrın 5-də Azərbaycanın yaşayış məntəqələrinin Ermənistan terroruna məruz qalmasından bir il ötür.
Bu tarixdə Gəncə şəhərinə ikinci dəfə raket və ağır artilleriya ilə hücum edilib. Raketlər Gəncə Beynəlxalq Xəstəxanasına, 34 saylı məktəbə, mebel fabrikinin yaxınlığına, “Yevlax avtovağzalı” kimi adlandırılan əraziyə və Mərkəzi bazara düşüb. Nəticədə 3 mülki şəxs yaralanııb.
Gəncə şəhərinə Ermənistan tərəfindən ümumilikdə 5 dəfə - 4, 5, 8, 11, 17 oktyabr tarixlərində raket və ağır artilleriya ilə hücum edilib. 26 nəfər şəhid olub, 175 nəfər isə xəsarət alıb.
Bununla yanaşı, Beyləqan şəhərinə də 2 ədəd raket atılıb. Onlardan biri uşaq bağçasının həyətinə, digəri isə boş sahəyə düşüb.
Belə ki, 2020-ci il 5 oktyabr tarixində Ermənistan Silahlı Qüvvələri Gəncə və Beyləqandan başqa, Goranboy, Göygöl, Tərtər, Zərdab və Bərdə rayonlarını atəşə tutub.