top
“Burada kişilər hər dəfə mənə “maşallah” deyirlər” - Arina Elizarovanın MÜSAHİBƏSİ
26 yanvar 2026, 04:22
- ↺ +

“Burada kişilər hər dəfə mənə “maşallah” deyirlər” - Arina Elizarovanın MÜSAHİBƏSİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan qadın voleybolu çempionatında çıxış edən çoxsaylı legionerlər arasında “Abşeron” klubunun mərkəz bloker Arina Elizarova təkcə oyunu ilə deyil, boyu və gözəlliyi ilə də seçilir.

İdman.biz oxucularına Azərbaycan klubunda çıxış edən, rusiyaəsilli serbiyalı voleybolçu ilə müsahibəni təqdim edir.

- Siz Moskvada doğulmusunuz, vətəndaşlıq baxımından isə serbiyalısınız. Azərbaycanın voleybol klubuna necə gəldiniz?

- Bəli, mən rus olsam da, 16 yaşımdan Serbiyada yaşayıram və bu ölkənin vətəndaşıyam. Azərbaycana gəlməzdən əvvəl son klubum Serbiyanın “Jelezniçar” komandası olub və həmin klubla yerli Superliqanın çempionu olmuşam. Karyerama isə “Partizan”da başlamışam. Azərbaycana isə yəqin ki, xarici klublarda çıxış edən bütün idmançılar kimi agentim vasitəsilə gəlmişəm. Azərbaycandan bir neçə təklif var idi, lakin biz “Abşeron”u seçdik. Keçən ilin sentyabr ayından bu klubda çıxış edirəm.

- Bakıya gəlməzdən əvvəl bu şəhəri hansı sifətlərlə təsəvvür edirdiniz və gəlişdən sonra nə dəyişdi?

- Mən hələ balaca olanda Bakını tanıyırdım, çünki valideynlərimin dostları azərbaycanlı idi və onlar bizə tez-tez doğma şəhərləri haqqında danışırdılar. Bilirdim ki, Bakı isti, gözəl və qonaqpərvər şəhərdir. Buraya gələndən sonra sifətlərə isimlər də əlavə olundu – dəniz, yeməklər, insanlar (gülür).

- Azərbaycan mətbəxindən nələri bəyəndiniz?

- Demək olar ki, hər şeyi, amma xüsusilə üzüm yarpağından dolmanı! Əlbəttə ki, şirniyyatları da. Onlar o qədər çoxdur və o qədər dadlıdır ki, söz tapmaq çətindir…

- Yəqin ki, bir çox azərbaycanlı kişilər də sizi görəndə söz tapa bilmir: gənc, uzunboylu, gözəl və ən əsası, subaysınız. Bakıda kişilər sizə yəqin ki, digər ölkələrlə müqayisədə daha çox diqqət göstərirlər.

- Kişi diqqətindən heç vaxt məhrum olmamışam (gülür). Amma anlayıram ki, burada uzunboylu qızlarla bağlı müəyyən problem var… Burada tez-tez arxamca “maşallah” deyildiyini eşidirəm – açığı, bunun yaxşı mənada, yoxsa pis mənada deyildiyini bilmirəm (gülür).

- Bu sözün yalnız müsbət mənası var.

- Bəli, bunu mənə artıq izah ediblər. Amma bundan o yana azərbaycanlı kişilərlə ünsiyyətim olmayıb. Yəqin risk etmirlər (gülür).

- Ola bilər ki, boy fərqinə görə kompleks keçirirlər? Axı azərbaycanlı kişilərin hamısının boyu 190 sm-i keçmir ki, sizin 194 sm-lik boyunuzla rəqabət aparsınlar.

- Axı ayaqqabı da var (gülür). Ola bilsin, kompleks keçirirlər. Amma mənim üçün boy heç vaxt kişilərlə ünsiyyətdə problem olmayıb. Əsas odur ki, o, həqiqi kişi olsun.

- Yeri gəlmişkən, ayaqqabı demişkən. Sizə uyğun ayaqqabı tapmaq çətin deyil ki?

- Ayaqqabı elə də problem deyil - cəmi 43 ölçü geyinirəm. Amma geyimlə, xüsusilə şalvarla bağlı burada böyük çətinlik var. Bakıda özümə maksimum köynək ala bilirəm.

- Uzunboylu olmağın üstünlükləri nələrdir?

- İlk növbədə, şkafın yuxarı rəflərindən əşyaları rahat götürmək olur (gülür). Amma ciddi desəm, üstünlükləri çoxdur. Məsələn, uzunboylu olmaq mənə özümə inam verir. Özümü sıradan biri yox, xüsusi biri kimi hiss edirəm.

- Kişilər kompleks keçirir, bəs qadınlar? Azərbaycanda yeni rəfiqələriniz olubmu?

- Bəli, əlbəttə, və onların əksəriyyəti də idmançılardır. Ümumiyyətlə, Azərbaycan voleybolunda və xüsusilə bizim klubda çoxlu əcnəbi var. Onların hər biri buraya həm ünsiyyət, həm də mədəniyyət baxımından öz töhfəsini verir. Hətta komandamızda yaponiyalı da var… Ümumiyyətlə, “Abşeron”da çox yaxşı kollektiv formalaşıb.

- Amma hələlik ciddi nəticələr yoxdur. Komanda niyə liderlər sırasına çıxa bilmir?

- Düşünürəm ki, bu, müvəqqətidir. Komandamız perspektivlidir, məşqlərdə çox çalışırıq. Əminəm ki, klubumuzun uğurları hələ qabaqdadır.

- Bəs siz? Mövsüm bitəndən sonra da komanda ilə qalacaqsınızmı, yəni müqaviləni uzatmağı düşünürsünüz?

- Hələlik bunu deyə bilmərəm. Düşünürəm ki, təkcə mən yox, klub rəhbərliyi də hələ qərar verməyib. Əsas məqsəd çempionatı yaxşı başa vurmaqdır.

- Azərbaycan dili necə? Öyrənməyə başlamısınızmı?

- Əlbəttə, çalışıram. Burada hamının rusca danışmadığını başa düşürəm və ona görə də dili öyrənmək lazımdır.

- Adətən əcnəbilərin etdiyi kimi, söyüşlərdən başlayırsınız?

- İnanmayacaqsınız, amma hələ bir dənə də söyüş bilmirəm. Azərbaycan dilindəki ağır ifadələrdən ancaq "zırt" sözünü bilirəm (gülür). Amma ona qədər saymağı öyrənmişəm. Azərbaycan dilində salamlaşa və sağollaşa bilirəm. Bilirəm ki, bu, hələ çox azdır, amma çalışıram.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
Dünən, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
Dünən, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
Dünən, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
Dünən, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
Dünən, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
Dünən, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
Dünən, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
Dünən, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
Dünən, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
Dünən, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
Dünən, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
Dünən, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
Dünən, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 23 oktyabr

Cəmiyyət
22 oktyabr 2026, 17:58

Emin Əmrullayev: "Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur"

Cəmiyyət
22 oktyabr 2026, 17:38

Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub

Cəmiyyət
22 oktyabr 2026, 16:49

Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Cəmiyyət
22 oktyabr 2026, 15:56

Keçəlliyə son-Yeni dərman sınaqdan uğurla keçdi

Siyasət
22 oktyabr 2026, 13:14

Paşinyandan sülh sazişi və növbədənkənar seçkilərlə bağlı açıqlama

Cəmiyyət
22 oktyabr 2026, 12:58

Keşikçidağla bağlı Azərbaycana qarşı yalan iddialar yayan jurnalist saxlanıldı

Cəmiyyət
22 oktyabr 2026, 12:35

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya ediləcək

Oxşar xəbərlər