Bugün, oktyabrın 9-da Dünya çempionatı 2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan – İrlandiya futbol oyunu baş tutacaq. Bu barədə məlumat AFFA-nın saytında yerləşdirilib.
Biletləri “iticket” mobil tətbiqi və veb saytı, həmçinin “Gənclik Mall” və “28 Mall”da yerləşən bilet satış məntəqələrindən əldə etmək olar. Qiymətlər 2-15 manat arasında dəyişir.
Qarşılaşma Bakı Olimpiya Stadionunda saat 20:00-da başlayacaq.