DİN oktyabrın 22-də şəhidin həyat yoldaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.
Kürdəmir rayon Şüşün kəndi ərazisində oktyabrın 21-də saat 14:00 radələrində Bakı şəhər sakini Günel Ələsgərova idarə etdiyi “Ford” markalı avtomobili aşırıb.
Nəticədə sürücü və 38 yaşlı sərnişini hadisə yerində dünyasını dəyişib. Qəza zamanı mərhumun yanında olan azyaşlı övladının vəziyyəti isə yaxşıdır.
Günel Ələsgərova Zərdabda həyat yoldaşı, şəhid Rəhim Hüseynovun anım mərasiminə gedirdi.
Faktla bağlı araşdırma davam edir.