İŞİD terror qruplaşmasına qoşulan azərbaycanlıların 38 uşağı İraqdan ölkəmizə təhvil verilib. Bu haqda oktyabrın 28-də Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Belə ki, azyaşlı Azərbaycan vətəndaşları İraqda cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılıb. Onların gətirilməsi üçün dövlət qurumlarından ibarət İşçi Qrupun üzvləri Bağdada göndərilib.
Nəticədə 38 uşaq Bağdad-İstanbul-Bakı marşrutu üzrə ölkəmizə qayıdıb.
Bu günə qədər 286 uşaq və 2 qadın olmaqla, ümumilikdə 288 nəfər vətəndaşımız İraqdan təxliyə edilib.