top
Dövlət qulluqçularının əməkhaqqı sistemində böyük islahat: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı
18 mart 2026, 23:47
- ↺ +

Dövlət qulluqçularının əməkhaqqı sistemində böyük islahat: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu günlərdə “Dövlət qulluğu haqqında” qanunda və müvafiq qanunvericilik aktlarında edilən dəyişikliklər Azərbaycanda dövlət qulluğu sahəsində əməkhaqqı sistemində köklü dəyişikliklərə qərar verildiyini göstərir.

Məlum olduğu kimi, dövlət qulluğunda mükafat sistemi, dövlət qulluqçusuna staja, hakimiyyət səlahiyyətinə görə, habelə vəzifə maaşının müəyyən edilmiş misli qədər verilən, dövlət büdcəsi hesabına ödənilən əlavələr, həmçinin dövlət qulluqçuları üçün müalicə müavinəti ləğv edilir.

Apa.az xəbər verir ki, dövlət qulluqçularının təminatlarından ləğv edilmiş bu əlavələr onların vəzifə maaşlarının baza hissəsinə daxil edilib.

Sadə dildə desək, köhnə mexanizmlər - həm kollektiv, həm də fərdi mükafatlar ləğv edilərək vəzifə maaşına daxil edilməklə beynəlxalq təcrübədə tətbiq edilən yeni vahid və nəticəyönümlü əməkhaqqı strukturu müəyyən olunur.

Mütəxəssislərin fikrincə, əvvəlki sistemdə dövlət qulluqçusunun əməkhaqqı mürəkkəb və qeyri-şəffaf idi - vəzifə maaşı ümumi gəlirin yalnız 35-45%-ni təşkil edir, qalan hissə isə staja görə əlavə, hakimiyyət səlahiyyətinə görə əlavə, kollektiv/fərdi mükafatlar və digər "misli ilə" ödənişlərdən ibarət olurdu. Bu mexanizmlər motivasiyadan daha çox idarəetmədə qeyri-müəyyənlik yaradırdı. Yeni modeldə isə hər şey sadələşib: aylıq əməkhaqqı indi əsasən vəzifə maaşı (baza), ixtisas dərəcəsinə görə əlavə, əmək şəraiti əlavələri və artıq iş saatları üçün haqdan ibarətdir. Ən əsası isə, yeni modeldə əməkhaqqının vəzifə maaşında ümumi payı artıq cəmi 35-45% deyil, orta hesabla 95%-dən yuxarı təşkil edəcək. Bu isə əməkhaqqının baza hissəsinin kəskin güclənməsi deməkdir.

Müvafiq qanunvericiliyə dəyişikliklərdən sonra mükafatlandırma mexanizmi də yenilənir. Hər il dövlət büdcəsində dövlət qulluqçularının aylıq vəzifə maaşının 3 misli həcmində xüsusi vəsait nəzərdə tutulurdu. Bu vəsait bayram günləri ilə əlaqədar kollektiv mükafatlandırma və xidmətdə fərqlənən şəxslərin fərdi qaydada təltif edilməsi üçün istifadə olunurdu. İndi isə bu mexanizmdən imtina edilir və mükafatlar ləğv edilir.

Digər mühüm addım müalicə müavinətinin ləğvidir. Bəzi dövlət orqanlarında əməkdaşlara hər il məzuniyyətə çıxdıqda və ya məzuniyyət hüququndan istifadə etmədikdə bir aylıq vəzifə maaşı həcmində verilən bu müavinət də artıq olmayacaq.

İnzibati təsnifat və ixtisas dərəcələrinə görə ödəniş səviyyələri də optimallaşdırılıb: inzibati vəzifələr üzrə 35, yardımçı vəzifələr üzrə isə 17 səviyyə müəyyən edilib. Staja görə isə 7 ödəniş pilləsi saxlanılıb.

Mütəxəssislər hesab edir ki, bu islahat dövlət qulluğunda motivasiyanı artıracaq və korrupsiya risklərini azaldacaq. Dövlət idarəetmə sistemində korrupsiyaya qarşı mübarizə isə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Beynəlxalq təcrübə də bunu təsdiqləyir. Məsələn, Sinqapurda əməkhaqqının şəffaf və rəqabətli strukturda qurulması korrupsiyanı minimuma endirib. Yaxud Honq-Konqda dövlət xidmətində əməkhaqqı siyasətinin dəyişdirilməsi ilə bağlı aparılmış araşdırmalar göstərib ki, dövlət qulluqçularının əməkhaqlarının cəmi 10% artırılması rəsmi korrupsiya şikayətlərinin təxminən 4% azalmasına, korrupsiya ilə bağlı cinayət işləri üzrə məhkumluq hallarının isə 7-21% azalmasına səbəb olub. Estoniya və Gürcüstan kimi ölkələrdə də oxşar sadələşdirmələr dövlət idarəçiliyinin keyfiyyətini yüksəldib. Avropa Komissiyasının məlumatına əsasən, bir sıra Avropa ölkələrində dövlət sektorunda əməkhaqqı sistemləri çoxsaylı və mürəkkəb əməkhaqqı strukturlarını sadələşdirmək, vəzifələrin təsnifatına əsaslanan vahid əməkhaqqı modeli yaratmaq və dövlət idarəçiliyinin səmərəliliyini artırmaq məqsədilə modernləşdirilib.

Nəhayət, dövlət qulluqçularının əməyinin ödənişini daha ədalətli və idarəolunan etmək məqsədi daşıyan son dəyişikliklər paketi əməkhaqqı strukturunu sadələşdirmək və şəffaflığı artırmaqla yanaşı, həm də gənc kadrların dövlət xidmətinə cəlbinə yeni stimul yaradacaq. Belə ki, əvvəlki sistemdə dövlət qulluğuna yeni qəbul olunan şəxslərin maaşı əlavələrə görə aşağı olurdu. Təbii ki, bu, gənc kadrların dövlət qulluğuna deyil, özəl sektora axınına səbəb olurdu. İndi isə yüksək baza maaşı dövlət qulluğunu daha cəlbedici edəcək, dövlət qulluğu isə daha rəqabətli olacaq.

Bir sözlə, bu islahat dövlət qulluğunu sadəcə "iş yeri" deyil, peşəkar karyera platformasına çevirir. Şəffaflıq, ədalət və nəticəyönümlülük, korrupsiyaya qarşı maneə, insan resurslarının effektiv idarə edilməsi və ölkədə ümumilikdə idarəçilik keyfiyyətinin yüksəldilməsi baxımından yeni sistemin effektli olacağı şübhə doğurmur.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
Dünən, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
Dünən, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
Dünən, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
Dünən, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
Dünən, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
Dünən, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
Dünən, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
Dünən, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
Dünən, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
Dünən, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
Dünən, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
Dünən, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
Dünən, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 23 oktyabr

Cəmiyyət
22 oktyabr 2026, 17:58

Emin Əmrullayev: "Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur"

Cəmiyyət
22 oktyabr 2026, 17:38

Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub

Cəmiyyət
22 oktyabr 2026, 16:49

Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Cəmiyyət
22 oktyabr 2026, 15:56

Keçəlliyə son-Yeni dərman sınaqdan uğurla keçdi

Siyasət
22 oktyabr 2026, 13:14

Paşinyandan sülh sazişi və növbədənkənar seçkilərlə bağlı açıqlama

Cəmiyyət
22 oktyabr 2026, 12:58

Keşikçidağla bağlı Azərbaycana qarşı yalan iddialar yayan jurnalist saxlanıldı

Cəmiyyət
22 oktyabr 2026, 12:35

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya ediləcək

Cəmiyyət
22 oktyabr 2026, 12:34

Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq

Oxşar xəbərlər