top
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı - VİDEO
12 fevral 2026, 01:55
- +

DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı - VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti Ramiz Mehdiyev barəsindəki cinayət işi ilə bağlı detalları açıqlayıb.

Bu barədə İnsanoid.com-a Xidmətdən məlumat verilib.

Bildirilib ki, carici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və mənafelərinə qarşı həyata keçirdikləri təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən görülmüş kompleks tədbirlər nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Mehdiyev Ramiz Ənvər oğlu, Abbasov Abbas Aydın oğlu, Kərimli Əli Əmirhüseyn oğlu və qeyrilərinin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələrinə əsaslı şübhələr yaranıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxslərə elan edilmiş ittihama əsasən, xarici ölkənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədilə yaradılaraq 4 iyul 2012-ci ildə xarici ölkədə "Rusiya Azərbaycan Təşkilatları İttifaqı" adı altında qeydiyyatdan keçirilmiş və "Milyarderlər İttifaqı" adlandırılan təşkilatın həmtəsisçiləri və rəhbərləri olmuş Abbasov Abbas Aydın oğlu və İbrahimbəyov Rüstəm Məmməd İbrahim oğlu, eləcə də Mehdiyev Ramiz Ənvər oğlu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Kərimli Əli Əmirhüseyn oğlu, partiyanın üzvləri - Qəhrəmanlı Fuad Əli oğlu, Zayıdov Qənimət Səlim oğlu və qeyriləri dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə sövdələşiblər.

Belə ki, onlar 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici ölkə vətəndaşı Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürən "Demokratik Qüvvələrin Milli Şurası" (Milli Şura) adlı təşkilat yaratdıqdan sonra xarici xüsusi xidmət orqanlarının maddi yardımı və digər formalarda təşkilati dəstəyi ilə dövlət hakimiyyətinin zorla ələ keçirilməsi üçün kütləvi iğtişaşların törədilməsi, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olunmaması, ictimai qaydanın, nəqliyyat, müəssisə, idarə və təşkilatların işinin pozulması istiqamətində fəaliyyət göstərmiş, həmçinin bu məqsədlə respublikanın müxtəlif rayonlarından insanların cəlb edilməsi üçün AXCP-nin üzvü İbrahim Məmməd Əziz oğlu və digərləri vasitəsilə qəbul etdikləri 933.828,40 manat məbləğində pul vəsaitini, o cümlədən Ramiz Mehdiyev və Abbas Abbasovdan əldə edilən maddi vəsaitləri qeyd olunan əməllərin törədilməsinə yönəldiblər.

Cinayət işinin materiallarına əlavə edilmiş texniki sübutlara əsasən, "Milyarderlər İttifaqı" adlandırılan təşkilatın üzvlərinə yaşadıqları xarici ölkədə tabeliklərində işləyən və ya digər formada himayələrində olan Azərbaycan vətəndaşlarının 2013-cü ildə Prezident seçkiləri zamanı Azərbaycana göndərilmələri, onların hər birinin Azərbaycandakı qohumları və yaxınlarını cəlb edərək, xarici xüsusi xidmət orqanının təlimatına uyğun şəkildə mitinqlər və kütləvi iğtişaşlarda istifadə olunmalarını təmin etmələri barədə tapşırıqlar verilib.

Məlum olmuşdur ki, qabaqcadan aparılan danışıqlar nəticəsində müvafiq xarici dövlətin səlahiyyətli şəxslərinin istəyinə uyğun olaraq, "Milli Şura"nın 2013-cü ildə bu xarici dövlətin rəhbərliyinə ünvanladığı gizli məktubda "şura"nın fəaliyyətinin dəstəklənməsi xahiş edilmiş, həmin ölkədə aparılan "islahatlar"ın Azərbaycanda da həyata keçirilməsi üçün Azərbaycan dövlətinə təzyiq göstərilməsi təklif edilib.

Qeyd olunan ittihama əsasən, Qənimət Zayıdov 2013-cü ilin əvvəlindən etibarən Əli Kərimlinin adından xarici ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri ilə gizli əlaqəyə girərək danışıqlar aparmış, onun Azərbaycan Respublikasında hakimiyyətə gətirilməsində xarici xüsusi xidmət orqanlarının geniş təşkilati və xüsusi imkanlarından istifadə edilməsi üçün müraciət etmiş, qarşılığında Azərbaycanda xarici dövlətin strateji maraqlarının təmin ediləcəyini konkret detallar sadalamaqla vəd etmiş, eləcə də tərəflər Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycan Respublikasının mərhələli qaydada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına tam üzv olacağı barədə razılaşıblar.

Eyni zamanda ittihama əsasən, Əli Kərimli adıçəkilən şəxslərlə qabaqcadan əldə olunmuş ümumi razılaşmaya uyğun qaydada cinayət əməllərini davam etdirərək, Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın apardığı təcavüzkar müharibəyə qarşı və orduya dəstək üçün Azərbaycan vətəndaşları 2020-ci ilin iyul ayının 14-dən 15-nə keçən gecə Bakı şəhərində yürüş etdikləri zaman Fuad Qəhrəmanlı və digərlərinə partiyanı təmsil edən şəxslərlə birlikdə kiçik qruplar təşkil etməklə yürüş iştirakçılarına qoşulmaq, daha sonra vətənpərvərlik şüarlarını təxribat xarakterli çağırışlarla əvəz edərək xaotik vəziyyət yaratmaq, bu vəziyyətdən yararlanıb kütləni idarə etməklə, Azərbaycan Respublikası Milli Məclisinin və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin inzibati binalarını ələ keçirmək, o cümlədən kütləvi informasiya vasitələri ilə hakimiyyətin ələ keçirilməsini bəyan edəcəyi barədə tapşırıqlar verib.

Bundan başqa, Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən "Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər" başlığı altında müvafiq xarici dildə hazırladığı yazılı materialı köməkçisi Əmirov Eldar Qurban oğlu və digərləri vasitəsilə həmin sənəddə nəzərdə tutulan məsələlərin birgə razılaşdırılması məqsədilə 27 sentyabr 2025-ci il tarixində Əli Kərimliyə təqdim etmiş, 2025-ci ilin oktyabr ayının 3-də sözügedən yazının yekun redaktə olunmuş nüsxəsini qabaqcadan şəxsən əlaqə saxladığı xarici dövlətin xüsusi xidmət orqanlarının rəhbər vəzifəli şəxslərinə faktiki sahibi olduğu "Şərq-Qərb" ASC-nin əməkdaşları vasitəsilə göndərmiş, qeyd olunan göndəriş texniki olaraq fiksə edilib.

Bu əməlləri ilə Ramiz Mehdiyev dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmiş, xarici dövlətin nümayəndələrinə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət edib.

Bundan əlavə, Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17.000.000 manatdan artıq pul vəsaitini leqallaşdırıb.

Sadalanan cinayət əməllərində iştiraklarına görə, Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zayıdov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), Eldar Əmirov 32.5, 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmə), Ramiz Mehdiyev 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.

Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov Azərbaycan Respublikası ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilməklə, məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 17:41

Rıza Kayaalp: "Qələbə seriyamın başlanğıcı Bakıda qoyulub"

Bütün Xəbərlər
Bu gün, 17:10

Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib

Bütün Xəbərlər
Bu gün, 17:07

WUF13 ilə əlaqədar Bakının bəzi təhsil müəssisələrində dərslər distant olacaq

Bütün Xəbərlər
Bu gün, 16:46

İran səfiri Prezident İlham Əliyevə təşəkkür edib

Bütün Xəbərlər
Bu gün, 15:47

Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

Bütün Xəbərlər
Bu gün, 14:44

Sabah bəzi dağlıq və dağətəyi rayonlarda hava fasilələrlə yağıntılı olacaq

Bütün Xəbərlər
Bu gün, 12:50

TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Bütün Xəbərlər
Bu gün, 12:21

Vüqar Qurbanov işdən çıxdı: TƏBİB-dəki qohumu soyadını dəyişdi - FOTO

Bütün Xəbərlər
Bu gün, 11:13

Hakim: Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz

Bütün Xəbərlər
Bu gün, 10:52

FHN gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Bütün Xəbərlər
Bu gün, 09:50

Naxçıvanda "smart kart tipli" sayğaclar dəyişdiriləcək

Bütün Xəbərlər
Bu gün, 09:05

ABŞ-də zavodda zəhərli maddə sızması baş verib, ölən və zərərçəkənlər var

Bütün Xəbərlər
Dünən, 17:36

Azərbaycanlı qadın alpinist Türkiyə və Gürcüstandan film təklifləri alıb

Bütün Xəbərlər
Dünən, 16:39

Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib

Bütün Xəbərlər
Dünən, 16:06

Azərbaycanın 5 vətəndaşı Suriyadan repatriasiya olunub

Bütün Xəbərlər
Dünən, 11:44

Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsindən azad edilib

Bütün Xəbərlər
Dünən, 11:17

Hamlet Musayevin qızı həbs edildi

Yerli xəbərlər
Dünən, 10:45

Prokurorluq Gəncə İcra Hakimiyyətində araşdırma aparır

Yerli xəbərlər
Dünən, 10:28

Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Yerli xəbərlər
Dünən, 09:00

Bakıda sərnişin sıxlığını azaltmaq üçün xətlərə ƏLAVƏ AVTOBUSLAR buraxılıb

Bütün Xəbərlər
Dünən, 08:41

Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

Bütün Xəbərlər
Dünən, 08:09

Vladimir Solovyov Corcia Meloni ilə bağlı təqhiramiz ifadələr işlədib - sonra Meloni paylaşım edib

Bütün Xəbərlər
Dünən, 07:46

Azərbaycan Prezidenti İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Yerli xəbərlər
Dünən, 07:19

Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Oxşar xəbərlər