top
Eldar Mahmudovun oğlu üç ailənin evini dağıdır
10 aprel 2026, 17:57
- ↺ +

Eldar Mahmudovun oğlu üç ailənin evini dağıdır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda üç ailə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun iddia tələbi səbəbindən evsiz qalmaq təhlükəsi ilə üzləşib.

Qafqazinfo.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində Məmməd Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası Səbail rayonu, Nizami küçəsi, 706-cı məhəllədə yerləşən "Dolçasaray" şirkəti tərəfindən tikilmiş elit binanın sakinlərinə 5 il əvvəl aldıqları mənzilləri dərhal boşaltmağı tələb edib.

Eldar Mahmudovun oğlunun iddiasına görə, o, 15 il əvvəl həmin binanın 14-cü mərtəbəsində sahəsi 202 və 453 kvadratmetr olan iki mənzil alıb. Hazırkı sahiblər — Şövkət Əliyeva, Vüqar Mirqasımov və Mətanət Dadaşzadə isə bildirirlər ki, onlar bu mənzilləri 2021-ci ildə "Dolçasaray" şirkətindən təmirsiz vəziyyətdə (mayak halında) alıb, təmir edərək yaşayış üçün yararlı hala gətiriblər. Artıq uzun müddətdir həmin mənzillərdə yaşayır və orada qeydiyyatdadırlar. Şövkət Əliyevanın mülkiyyət hüququnu təsdiqləyən rəsmi çıxarış da mövcuddur.

Hər üç ailənin alqı-satqı müqavilələri qanunvericiliyin bütün tələblərinə uyğun rəsmiləşdirilib. Lakin ötən ilin yaz aylarında onlara mənzillərin boşaldılması ilə bağlı məhkəmə bildirişi daxil olub. Sonradan məlum olub ki, onların pul ödədiyi mənzillərlə bağlı Anar Mahmudov tərəfindən "Dolçasaray" şirkətinə qarşı 2021-ci ildən bəri məhkəmə prosesi davam edirmiş. Qanuni sahiblər bu prosesə cəlb olunmayıb və bu barədə məlumatlandırılmayıblar.

Fotoda: Anar Mahmudov

Birdən-birə evsiz qalma təhlükəsi ilə üzləşən Əliyeva, Mirqasımov və Dadaşzadə Ali Məhkəmənin Plenumuna müraciət edərək əvvəlki qərarın ləğvini və işə onların iştirakı ilə yenidən baxılmasını xahiş ediblər. Lakin müraciət rədd edilib.

Anar Mahmudov iddia edir ki, 2007-ci ilin yanvarında onun əmisi Fərhad Məlikov ilə "Dolçasaray" şirkəti arasında həmin binanın 14-cü mərtəbəsində üç mənzilin alqı-satqı müqaviləsi bağlanıb. Daha sonra Məlikov bu mənzillərin qardaşı oğlunun adına rəsmiləşdirilməsini xahiş edib.

Hazırkı sahiblər isə qeyd edirlər ki, həmin müqavilədə göstərilən mənzillər faktiki sahələrə uyğun gəlmir, ödənişi təsdiqləyən sənədlər və Anar Mahmudovun imzası mövcud deyil. Üstəlik, onlar mənzilləri almamışdan əvvəl məhkəmə şirkətlə Mahmudov arasında bağlanmış müqaviləni etibarsız hesab edib.

Məlumat üçün deyək ki, redaksiyamıza sakinlər tərəfindən yaşadıqları evlərin onlara məxsus olduğunu təsdiqləyən çoxsaylı sənədlər və əvvəlki məhkəmə qərarları təqdim edilib.

Qeyd edək ki, tikinti şirkəti hələ iddiadan xeyli əvvəl Yasamal Rayon Məhkəməsinə müraciət edərək müqavilənin ləğvini tələb edib və real alqı-satqının baş vermədiyini, mənzillərin dəyərinin ödənilmədiyini bildirib. 2020-ci ilin iyul ayında məhkəmə "Dolçasaray"ın iddiasını təmin edib. Qərar qüvvəyə mindikdən sonra mənzillər adi vətəndaşlara satılıb.

Buna baxmayaraq, 2021-ci ildə Mahmudovların nümayəndəsi Səbail Rayon Məhkəməsinə müraciət edərək mənzillərin geri qaytarılmasını tələb edib. Həm birinci instansiya, həm də Apellyasiya Məhkəməsi ödənişi təsdiqləyən heç bir sənəd (qrafik, çek, bank çıxarışı və s.) olmadığını əsas gətirərək şikayəti rədd edib.

2023-cü ildə Ali Məhkəmə Anar Mahmudovun iddiasını təmin edərək işi icraya yönəldib. Amma icra prosesində məlum olub ki, 14-cü mərtəbədə iddiada göstərilən ölçüdə mənzillər, ümumiyyətlə, mövcud deyil. 

2024-cü ilin oktyabrında keçirilən yerində baxışdan sonra da məhkəmə sakinlərin xeyrinə qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxlayıb.

Anar Mahmudov bundan sonra da mənzil sevdasından əl çəkməyib. Onun nümayəndəsi-eyni zamanda ailə vəkilləri Cavid Rzazadə növbəti dəfə iddia qaldıraraq 14-cü mərtəbədə yerləşən üç mənzilin sakinlərinin çıxarılmasını tələb edib. Əvvəlki faktlar qüvvədə olduğu halda bu dəfə Bakı Apellyasiya Məhkəməsi (hakimlər-Məmməd Məmmədov, Günel Abbasova, Fuad Talşınski-red) iddianı təmin edib.

Sakinlərin sözlərinə görə, 2025-ci ilin aprelində onlara kompensasiya tələbi tövsiyə edildiyi halda, cəmi səkkiz ay sonra sakinlərin evdən çıxarılmasına qərar verilib.

Mənzilləri inşa edən və sakinlərlə birgə cavabdeh qismində tanınmış "Dolçasaray" şirkətinin keçmiş rəhbərliyi də iddiaçı Mahmudovun mənzil tələb etmək hüququnun olmadığını deyir: "2006-cı ildə özlərini Eldar Mahmudovun adamları kimi təqdim edən şəxslər şirkət ofisinə gələrək çoxlu imzalanmış müqavilə blanklarını götürüblər və sonradan saxta məlumatlarla doldurulmuş sənədlər təqdim ediblər. Həmin sənədlərdə göstərilən sahələr layihəyə uyğun olmayıb və heç bir ödəniş həyata keçirilməyib".

Şirkət qeyd edir ki, Mahmudov tərəfi ödəniş etmədiyi üçün müqavilələr ləğv edilib və bu fakt məhkəmələrdə də sübuta yetirilib. 

Əlavə olaraq, Anar Mahmudovun sübut kimi təqdim etdiyi müqavilələrdə və maliyyə arayışında mənzilin alınma qiyməti ilə bağlı heç bir məbləğ göstərilməyib. Bu da faktiki olaraq əmlakların əvəzsiz əldə edildiyini açıq-aşkar göstərir.

Bütün əsaslara baxmayaraq, mənzilllərin qanuni sahibləri-Şövkət Əliyeva, Vüqar Mirqasımov və Mətanət Dadaşzadə hazırda evlərini itirmək qorxusu ilə yaşayırlar. 

Gələcək aqibətlərinə gəlincə, vətəndaşlar son ümid kimi Ali Məhkəməyə kassasiya şikayəti hazırlayırlar. Həmçinin axırıncı qərardan müxtəlif dövlət qurumlarına şikayət ediblər.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
Bu gün, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
Bu gün, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
Bu gün, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
Bu gün, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
Bu gün, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
Bu gün, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
Bu gün, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
Bu gün, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Bu gün, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
Bu gün, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
Bu gün, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
Bu gün, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
Bu gün, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 23 oktyabr

Cəmiyyət
Dünən, 17:58

Emin Əmrullayev: "Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur"

Cəmiyyət
Dünən, 17:38

Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub

Cəmiyyət
Dünən, 16:49

Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Cəmiyyət
Dünən, 15:56

Keçəlliyə son-Yeni dərman sınaqdan uğurla keçdi

Siyasət
Dünən, 13:14

Paşinyandan sülh sazişi və növbədənkənar seçkilərlə bağlı açıqlama

Cəmiyyət
Dünən, 12:58

Keşikçidağla bağlı Azərbaycana qarşı yalan iddialar yayan jurnalist saxlanıldı

Cəmiyyət
Dünən, 12:35

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya ediləcək

Cəmiyyət
Dünən, 12:34

Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq

Cəmiyyət
Dünən, 12:30

Azərbaycanda qazla işləyən kombilər LƏĞV EDİLİR - Elektrikə KEÇİD

Oxşar xəbərlər