Beynəlxalq Mülki Aviasiya Təşkilatının qaydalarına əsasən, regionun hava məkanı və bütün hava dəhlizləri uçuşlar üçün açıqdır.
Müharibə bitdiyinə görə, regional aviasiya təhlükəsizliyi qaydaları da dəyişib. Belə ki, Azərbaycan Ermənistanın hava məkanı ilə uçuşlar icra etdiyi kimi, eyni şəkildə Ermənistanın mülki təyyarələri də Azərbaycanın hava məkanından keçən dəhlizlərdən istifadə edə bilər.
Daha öncə AZAL oktyabrın 6-dan etibarən Bakı-Naxçıvan-Bakı reyslərini Ermənistan hava məkanından istifadə etməklə yerinə yetirəcəyini elan edib.