top
Ermənistan ordusunun Aprel döyüşlərində mülki əhali və obyektlərə vurduğu zərərlə bağlı sənədlər məhkəmədə elan olunub
29 sentyabr 2025, 03:31
- ↺ +

Ermənistan ordusunun Aprel döyüşlərində mülki əhali və obyektlərə vurduğu zərərlə bağlı sənədlər məhkəmədə elan olunub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ermənistan vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə sentyabrın 29-da Bakı Hərbi Məhkəməsində məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.

İnsanoid.com xəbər verir ki, elan edilən sənədlərdən biri 2016-cı ildə Aprel döyüşləri zamanı mülki şəxslərə yetirilmiş bədən xəsarətləri, onların həyatlarına yönəlmiş qəsd, əmlaklarına vurulmuş ziyan və s. epizodlarla bağlı olub. Epizodlar üzrə tədqiq edilən sənədlərdən birində qeyd olunub ki, 2016-cı ilin aprel ayının 2-dən 28-dək olan dövrdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarının müdafiəsiz yaşayış məntəqələrinin ərazilərində, həmçinin təhsil və tibb müəssisələrinə, eləcə də mülki əhaliyə və döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə iriçaplı atıcı silahlardan, minaatan və qumbaralardan, artilleriya qurğularından intensiv atəş açmaqla, hərbi zərurət olmadan hücum edilməklə çoxsaylı cinayət əməlləri törədilib. Sənədlərin tədqiqi zamanı cinayət işləri üzrə hadisə yerindən fotolar da nümayiş olunub.

Sonra Tərtər rayonunun Əskipara kəndinin "ağ fosfor" tərkibli 122 millimetr kalibrli, P-4 markalı top mərmisi ilə atəşə tutulması, Qurbanov Çingiz Salman oğlunun öldürülməsi (ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib – red.), Əkbərli Hüseyn Zakir oğlunun öldürülməsi, işğal altında saxlanılmış ərazilərdə iqtisadiyyat və digər sahələrdə törədilmiş cinayət faktları üzrə və s. sənədlər tədqiq edilib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 25 oktyabr

Cəmiyyət
Dünən, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Dünən, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Dünən, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Dünən, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Dünən, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Dünən, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Dünən, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Dünən, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Dünən, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
23 oktyabr 2026, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
23 oktyabr 2026, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
23 oktyabr 2026, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
23 oktyabr 2026, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
23 oktyabr 2026, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
23 oktyabr 2026, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
23 oktyabr 2026, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
23 oktyabr 2026, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
23 oktyabr 2026, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
23 oktyabr 2026, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
23 oktyabr 2026, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
23 oktyabr 2026, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Oxşar xəbərlər