top
MİDA güzəştli mənzillərin növbəti satışını elan edib, qiymətləri açıqlayıb
28 oktyabr 2025, 22:26
- ↺ +

MİDA güzəştli mənzillərin növbəti satışını elan edib, qiymətləri açıqlayıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevlax Yaşayış Kompleksləri üzrə güzəştli mənzillərin növbəti satışını elan edib.

İnsanoid.com agentliyə istinadən xəbər verir ki, Hövsan Yaşayış Kompleksinin I mərhələsi üzrə 1 mənzilin, II mərhələsi üzrə 7 mənzilin, Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1565-ci məhəllə ünvanındakı Sumqayıt Yaşayış Kompleksi üzrə 10 mənzilin, Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, 30A ünvanındakı Lənkəran Yaşayış Kompleksi üzrə 10 mənzilin, Bakının Binəqədi rayonunun Xocəsən qəsəbəsinin S.B. Axundov küçəsindəki Binəqədi Yaşayış Kompleksi üzrə 204 mənzilin, Şirvan şəhəri, Nizami küçəsi, S.B. Axundov küçəsindəki Şirvan Yaşayış Kompleksi üzrə 216 mənzilin, Yevlax şəhəri, Heydər Əliyev prospekti, Yevlax Yaşayış Kompleksi üzrə 179 mənzilin, ümumilikdə isə 627 mənzilin satışı 3 dekabr 2025-ci il tarixdə saat 11:00-da başlayacaq və 8 dekabr 2025-ci il tarixdə saat 11:00-da başa çatacaq.

"Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşlara satmaq məqsədilə güzəştli mənzillərin satışına dair qaydalar"ın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödənilməsi yalnız rəsmi hüquqi qərarın alınaraq elektron kabinetdə təsdiqlənməsindən sonra mümkündür.

Prezident İlham Əliyevin 16 noyabr 2016-cı il tarixli fərmanı əsasında MİDA-nın elektron sistemi vasitəsilə "Güzəştli mənzil" satışı "Elektron hökumət" portalı (www.e-gov.az) üzərindən həyata keçirilir.

Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzilləri almaq hüququna malikdirlər. Elektron kabinetin yaradılması üçün "Güzəştli mənzil" sistemində qeydiyyatdan keçmək və elektron imza vasitəsilə daxil olmaq lazımdır.

"Güzəştli mənzil" sistemində ətraflı qaydalar və mənzillərin yerləşdiyi komplekslər haqqında məlumatı www.mida.gov.az internet səhifəsindən və ya "Güzəştli mənzil sistemi" bölməsindən əldə etmək mümkündür.

Mənzillərin satış şərtləri və qiymətləri:

Bu dəfə satışda olan mənzillər ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödənilən üsulla təklif olunur.

Qaydaların 5.6-cı bəndinə əsasən mənzil dəyərinin ipoteka krediti hesabına ödənilməsi yalnız rəsmi hüquqi qərarın alınmasından sonra mümkündür.

Hövsan Yaşayış Kompleksinin I mərhələsi üzrə:

2 otaqlı mənzilin qiyməti - 54 815 manatdır.

Hövsan Yaşayış Kompleksinin II mərhələsi üzrə:

4 otaqlı mənzilin qiyməti - 94 050 manatdır.

Sumqayıt Yaşayış Kompleksi üzrə:

Studio tipli mənzillərin qiyməti - 50 200 manatdan başlayır.

4 otaqlı mənzilin qiyməti - 105 800 manatdan başlayır.

Lənkəran Yaşayış Kompleksi üzrə:

3 otaqlı mənzilin qiyməti - 61 865 manatdır.

4 otaqlı mənzilin qiyməti - 84 150 manatdan başlayır.

Binəqədi Yaşayış Kompleksi üzrə:

Studio tipli mənzilin qiyməti - 49 120 manatdır.

2 otaqlı mənzilin qiyməti - 62 400 manatdır.

3 otaqlı mənzilin qiyməti - 87 400 manatdır.

4 otaqlı mənzilin qiyməti - 118 000 manatdır.

Şirvan Yaşayış Kompleksi üzrə:

2 otaqlı mənzilin qiyməti - 61 815 manatdır.

3 otaqlı mənzilin qiyməti - 73 785 manatdır.

4 otaqlı mənzilin qiyməti – 93 765 manatdır.

Yevlax Yaşayış Kompleksi üzrə:

1 otaqlı mənzilin qiyməti - 40 200 manatdır.

2 otaqlı mənzilin qiyməti - 45 225 manatdır.

3 otaqlı mənzilin qiyməti – 70 490 manatdır.

4 otaqlı mənzilin qiyməti – 103 740 manatdır.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 25 oktyabr

Cəmiyyət
Dünən, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Dünən, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Dünən, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Dünən, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Dünən, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Dünən, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Dünən, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Dünən, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Dünən, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
23 oktyabr 2026, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
23 oktyabr 2026, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
23 oktyabr 2026, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
23 oktyabr 2026, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
23 oktyabr 2026, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
23 oktyabr 2026, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
23 oktyabr 2026, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
23 oktyabr 2026, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
23 oktyabr 2026, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
23 oktyabr 2026, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
23 oktyabr 2026, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
23 oktyabr 2026, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Oxşar xəbərlər