FHN əhaliyə xəbərdarlıq edərək, hava şəraiti ilə əlaqədar təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.
Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, oktyabrın 27-dək Azərbaycanda küləkli hava olacağı, arabir leysan xarakterli yağış yağacağı, bəzi dağ çaylarından daşqın və sel keçəcəyi gözlənilir.
“Güclü küləyin fəsadlarından qorunmaq üçün yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Külək zamanı yanğınların söndürülməsi çətinləşdikdən yanğın təhlükəsizliyi qaydalarına riayət edilməlidir”, - deyə FHN əhaliyə müraciət edib.
Oktyabrın 25-i axşam saatlarından səhərədək Quba və Qusar rayonlarına ilk qar yağıb.