Ötən gün Azərbaycanda 26 yanğın baş verib. Bu barədə aprelin 9-da Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
4 köməksiz vəziyyətdə qalma faktı üzrə xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş tədbirlər nəticəsində yanğınların söndürülməsi təmin edilib. FHN-in qüvvələri tərəfindən 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib. Həmçinin, Bakının Nərimanov və Suraxanı rayonlarında 2 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.