NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında Azərbaycan Respublikasını yüksək səviyyədə təmsil etmiş hərbçilərmiz medal ilə təltif ediliblər. Bu haqda oktyabrın 7-də Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, “İgidliyə görə” medalı ilə 1 mayor, 1 kapitan, 7 leytenant, 6 gizir, 1 çavuş və 3 əsgər təltif edilib.
“Hərbi xidmətlərə görə” medalı isə 2 nəfər baş leytenant, 12 çavuş və 6 əsgərə verilib.