PAŞA Bank noyabrın ortalarında "Apple Pay" sistemini işə salacaq. Məsələ ilə bağlı oktyabrın 29-da bankın nümayəndəsi Cəlal Orucov Trend-ə məlumat verib.
O, həmçinin Google Pay-ın Azərbaycan bazarına bir ildən tez olmayaraq daxil olacağını əlavə edib.
Apple Pay müştərilərə mobil qurğular vasitəsilə rəqəmsal ödəmələr üçün təqdim edilən bir xidmətdir. Bu sistemin digərlərindən əsas fərqi ödənişi təsdiqləmək üçün istifadə olunan əlavə təhlükəsizlik xüsusiyyətləridir. Onlar Touch ID, Face ID, PIN və ya paroldur.