Rusiya istiqamətindən Azərbaycana gələn “Volvo” markalı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən müxtəlif markalı dərman vasitələri aşkarlanıb. Bu barədə aprelin 9-da Dövlət Gömrük Komitəsi xəbər verib.
“Şirvanlı” gömrük postunda saxlanılan “Volvo”nun gizli saxlanc yerlərində 9 600 ədəd həb və 1 020 ampul aşkar edilib.
Faktla bağlı araşdırma davam edir.