top
Gələn ay dünyanın məhkəmə hakimləri Azərbaycanda toplaşacaq
08 sentyabr 2025, 01:34
- ↺ +

Gələn ay dünyanın məhkəmə hakimləri Azərbaycanda toplaşacaq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2025-ci ilin 11-17 oktyabr tarixlərində Bakı şəhəri beynəlxalq hüquq ictimaiyyətinin diqqət mərkəzində olacaq. Bu tarixlərdə Azərbaycan paytaxtı Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Associationof Judges) 67-ci Baş Assambleyasına ev sahibliyi edəcək.

İnsanoid.com xəbər verir ki, 1953-cü ildə təsis olunmuş və əsas fəaliyyəti dünyada məhkəmə hakimiyyətlərinin müstəqilliyinin qorunub saxlanması olan və öz ətrafında dünyanın 93 ölkəsinin hakimlər birliklərini birləşdirən Beynəlxalq Hakimlər Assosiasiyası illik toplantılarını yalnız qanunun aliliyinin, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunduğu ölkələrdə keçirir.

Ölkəmizə, eləcə də son illər həyata keçirilmiş məhkəmə-hüquq islahatlarına olan maraq səbəbindən cari ilin oktyabr ayında Bakıda keçiriləcək bu mötəbər tədbirə 71 ölkədən 300-ə yaxın nümayəndənin, o cümlədən hakimlərin, beynəlxalq təşkilatlardan olan nümayəndələrin və tanınmış ekspertlərin qatılacağı gözlənilir.

Baş Assambleya çərçivəsində qurumun idarəetmə orqanlarına seçkilərin keçirilməsi, müxtəlif dövlətlərin məhkəmə-hüquq sistemindəki vəziyyət, mövcud problemlər və müsbət təcrübələrə dair müzakirələrin aparılması, həmçinin ev sahibi olaraq Azərbaycanın məhkəmə-hüquq sistemi ilə tanışlığın keçirilməsi nəzərdə tutulub.

Tədbir çərçivəsində, həmçinin “Məhkəmə hakimiyyəti və digər hakimiyyət qolları arasındakı münasibətlər” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir. Konfransda qanunun aliliyinin təmin olunmasında məhkəmələrin rolu geniş şəkildə təhlil olunacaq. Tədbirlə bağlı bütün məlumatlar 4 dildə hazırlanmış www.iaj2025.com səhifəsində yerləşdirilib.

Eyni zamanda Beynəlxalq Hakimlər Assosiasiyasının növbəti prezidenti də məhz Bakıda keçiriləcək seçki yolu ilə müəyyən olunacaq. Bu, tədbirin beynəlxalq əhəmiyyətini daha da artırır və Azərbaycanda keçirilən Assambleyanı təşkilatın tarixində mühüm mərhələyə çevirir.

Xatırladaq ki, Baş Assambleyanın 2025-ci ildə Bakıda keçirilməsi ilə bağlı qərar təşkilat üzvlərinin gizli səsverməsi yolu ilə ötən il Cənubi Afrika Respublikasının Keyptaun şəhərində qərara alınmışdır.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 25 oktyabr

Cəmiyyət
Dünən, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Dünən, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Dünən, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Dünən, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Dünən, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Dünən, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Dünən, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Dünən, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Dünən, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
23 oktyabr 2026, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
23 oktyabr 2026, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
23 oktyabr 2026, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
23 oktyabr 2026, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
23 oktyabr 2026, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
23 oktyabr 2026, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
23 oktyabr 2026, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
23 oktyabr 2026, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
23 oktyabr 2026, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
23 oktyabr 2026, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
23 oktyabr 2026, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
23 oktyabr 2026, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Oxşar xəbərlər