Goranboy rayonunda yol qəzası baş verib. Bu barədə aprelin 9-da APA məlumat yayıb.
İnsident Bakı-Qazax yolunun Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb. “KamAZ” markalı maşının sürücüsü idarəetməni itirib və yol kənarında olan dəmirə çırpılıb.
İlkin məlumata əsasən, 10-a yaxın şəxs xəsarət alıb. Qəzaya səbəb qarşıda digər avtomobilin qəflətən əyləci basaraq manevr etməsi olub.
Faktla bağlı araşdırma aparılır.